Azərbaycan prezidenti Viktor Yuşşenko və Mixail Saakaşvilini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev aprelin 28-də Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonu qəbul edib.
Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub, habelə Forumun regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.
Prezident İlham Əliyev həmçinin, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini qəbul edib. Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə edilən məsələlərin əhəmiyyətindən danışılıb, Forumun ölkələr arası əməkdaşlığın inkişafındakı rolu vurğulanıb.