Qubada 50 yaşlı kişi yanaraq ölüb

Qubada yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Quba şəhəri Ərdəbil küçəsi, dalan 12, ev 5 ünvanında qeydə alınan yanğın günorta saatlarında qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov ümumi sahəsi 10 kv.m olan yarımtikilini əhatə edib. Yanğın söndürülüb,yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı həmin ərazidə 1964-cü il təvəllüdlü Kərimov Məhəmməd Rəhman oğlunun tüstüdən boğulmuş, qismən yanıq izləri ilə meyiti aşkar edilib. 

 

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. 

 

Müəllif | Apa.Tv
Vəli Turan