Taylandda "donuz qripi"ndən 50 nəfər ölüb

Dünyanın ən təhlükəli xəstəliklərindən sayılan və "donuz qripi" kimi tanınan H1N1 virusunun Taylandda yenidən tüğyan edir. Təhlükənin son həddə çatdığı bildirlir. Taylandın İctimai Səhiyyə Xidmətinin baş katibi Narong Sahamethapat deyib ki, ölkədə 30024 nəfərin H1N1 virusuna yoluxduğu güman edilir:  "Donuz qripi"ndən ölənlərin sayı isə artıq 50 nəfərə çatıb.

 

Taylandda ötən il "donuz qripi"ndən ölən olmamışdı.
 

"Araşdırmalar göstərir ki, digər viruslarla müqayisədə "donuz qripi" çox güclüdür. Taylandda əhalinin tam əksəriyyətinin immun sistemi bu xəstəliyə dayanıqlı deyil. Görülən tədbirlər nəticəsində "donuz qripi"nə yoluxan xəstələrin sayı azalsa da, mübarizə davam etməlidir. Ölkədəki bütün dövlət və özəl səhiyyə müəssisələri gərəkli tədbirləri görməlidir", - Narong Sahamethapat deyib.
 

Taylandla yanaşı, Myanma, Laos, Vyetnam, Banqladeşdə də H1N1 virusuna yoluxanların sayının sürətlə artmağa başladığı vurğulanır.

Müəllif | Apa.Tv
Apa.tv