Aureliya Qriqoriu: “Krım və Dağlıq Qarabağda keçirilən referendumu eyniləşdirmək olmaz”
“Krımdakı referendumu və Dağlıq Qarabağda azərbaycanlı əhali deportasiya edildikdən sonra keçirilən referendumu müqayisə etmək, eyniləşdirmək olmaz”.
APA TV-nin xəbərinə görə, bunu Moldovanın ombudsmanı Aureliya Qriqoriu söyləyib. O bildirib ki, belə bir təhlükə başqa ölkələr üçün də mövcuddur: "Biz məntiqə, rasional düşüncəyə ümid edirik. Məsələn, Moldova və Rusiya arasında ərazi bütövlüyünü dəstəkləməklə bağlı müqavilə var. Rusiya prezidenti Vladimir Putin də Dnestryanı ilə bağlı çıxışında deyib ki, bu müqaviləyə hörmətlə yanaşır, bu əraziyə heç bir iddiası yoxdur. Ancaq hələ ki, belə bir iddiası yoxdur".
Aureliya Qriqoriu Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gəlib.