Araz Əzimov: "Ermənistanın rəhbərliyi gərək bunu düşünsün"
"Ermənistanda hazırkı vəziyyət ona dəlalət edir ki, onlar vəziyyəti dəyərləndirməlidir. Vəziyyət həm ölkədə, həm də ətrafında ağırlaşa bilər, asan olmadığı halda, yenə də pisləşə bilər. Ermənistanın rəhbərliyi gərək bunu düşünsün".
APA TV-nin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətin dəyişmədiyini bildirən nazir müavini vurğulayıb ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin sonuncu zirvə toplantısında Ermənistan prezidenti Ermənistanın təklikdə qaldığına və heç kəsin açıq dəstək vermədiyinə bir daha şahid olub.