3 yaşlı İmranın babası 1.5 milyon manat tələb edir

Ötən il “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərin Xaçmaz rayon Məhkəməsində məhkəmə prosesi keçirilib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndilən şəxslərdən Rəşad Zərbəliyev ifadə verib. Rəşad Zərbəliyev dövlət tərəfindən təyin olunmuş vəkildən imtina edib.

 

İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən “Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.

 

Növbəti məhkəmə prosesi mayın 13-nə təyin olunub.

 

Prosesdən sonra təqsirləndirilən şəxsin yaxınları ilə qarşıdurma yaranıb.

 

Ötən il iyulun 21-də İmran Cəfərzadənin atası ilə birlikdə istirahət etdikləri mərkəzdəki hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ. Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və o, ağır bədən xəsarətləri alıb. Onun müalicəsi Almaniyada aparılıb.

 

Hadisə ilə bağlı 4 nəfər - Aslan Hacıməmmədkərimov, obyektin icarədarı Firdovsi İbrahimov, Ramiz Əhmədov və Rəşad Zərbəliyev təqsirləndirilən şəxs qismində tutulublar.

 

Müəllif | Apa.Tv
Vəli Turan