Dəhşətli qəza! "Hyundai" yük maşınına çırpıldı!

Ötən gecə Yasamal rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, sürücü Cəsarət Şahbalayevin idarə etdiyi "Hunwai" markalı yük avtomobili Akim Abbasov küçəsində hərəkətdə olarkən "Hyundai" markalı avtomobil onu sağdan ötmək istəyib. Bu zaman idarə etməni itirən yük maşının sürücüsü "Hyundai"yə çırpılıb. Baş verən qəzada xəsarət alan olmasa da, "Hyundai" yararsız hala düşüb.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalardan sonra yararsız hala düşən "Hyundai" markalı maşın hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv