Qəbələdə yanğından mühafizə bölməsinin yeni binası açıldı

Qəbələdə yanğından mühafizə bölməsinin yeni binası istifadəyə verilib. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 95 saylı yanğından mühafizə bölməsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Binanın açılış mərasimində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib. Nazir binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsib. O, yeni binaya baxış keçirərək orada şəxsi heyət üçün yaradılmış şərait və texnika ilə tanış olub. Məlumat verilib ki, yanğından mühafizə bölməsi müasir tələblərə cavab verən avadanlıqlarla və yeni yanğınsöndürən maşınlarla təchiz edilib.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov