Leyla Yunusla Arif Yunus saxlandı

Hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus saxlanılıb. Bu barədə APA TV-yə vəkil Fuad Ağayev məlumat verib. Vəkilin sözlərinə görə, Leyla Yunusla həyat yoldaşı Bakı aeroportunda saxlanılıblar. Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir. Yunus ailəsinə evlərində və ofislərində axtarış aparılacağı bildirilib. Onlar isə həyata keçiriləcək bütün tədbirlərin vəkil vasitəsilə aparılmasını tələb ediblər. 

 

Məlumata görə, saxlanılan şəxslər vəkil olaraq, Xalid Bağırovu tələb ediblər. X. Bağırov APA TV-yə açıqlamasında faktı təsdiqləyib. O deyib ki, bir qədər əvvəl hava limanında olsa da, ona heç bir məlumat verilməyib və saxlanılan şəxslərlə görüşməsi mümkün olmayıb.

 

Qeyd edək ki, vəkil Fuad Ağayev bir müddət öncə Türkiyədən Bakıya gələrkən saxlanılmış Rauf Mirqədriovun vəkilidir. R. Mirqədirov  Ermənistan xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunur. Onunla bağlı cinayət işində adı keçən şəxslərdən biri də Leyla Yunusdur.

 

Müəllif | Apa.Tv