ABŞ-dan Rusiyanın 7 vəzifəli şəxsinə və 17 şirkətə qarşı sanksiya
ABŞ prezidenti Barak Obama Rusiya hökumətinin 7 rəsmisinə və Putinə yaxın olan 17 şirkətə qarşı sanksiyaları elan edib. APA TV-nin xəbərinə görə, bu sanksiyalar hesabların dondurulmasını, viza qadağalarını, lisenziya verilməməsini nəzərdə tutur.
Ağ ev bildirir ki, yeni siyahıda 2 nəfər Putinin yaxın çevrəsinə daxildir. Hərçənd bunların konkret kim olmağı deyilmir. Ancaq müşahidəçilərin fikrincə, həmin 2 nəfərdən biri Rosneft şirkətinin prezidenti İqor Seçindir. Digəri hökumətdə texnoloji məsələlərə rəhbərlik edən Sergey Çemezovdur. Çemezov Rusiyada çoxları tərəfindən Putinin yaxın adamı hesab olunur.
Rusiya bundan sonra ABŞ-dan öz hərbi sənayesi üçün lazım olan məhsulları da ala bilməyəcək.
Filippində rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın mətbuat konfransı keçirilib. Dövlət başçısı jurnalistlərin suallarına cavabında rusiyalı məmurlara qarşı yeni sanksiyaların tətbiq ediləcəyindən və Ukraynada baş verən hadisələrdən bəhs edib.