Ali Radanın sədri Ukraynanın ərazilərinin işğalı ilə bağlı qanunu imzalayıb

 

 

Ukrayna Ali Rada sədri, prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ukraynanın işğal edilmiş əraziləri haqqında qanunu imzalayıb.

APA TV-nin xəbərinə görə, qanun 15 Aprel 2014-cü ildə Ali Rada tərəfindən qəbul edilib. Qanuna əsasən, müvəqqəti işğal olunmuş ərazi Ukrayna ərazisinin ayrılmaz hissəsidir. Sənəd müəyyən edir ki, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinə Krım Muxtar Respublikası, Sevastopol şəhəri, daxili sular, sahilyanı su əraziləri və göstərilən ərazilər üzərindəki hava boşluğu aiddir.

Sənəddə həmçinin qeyd edilir ki, müvəqqəti işğal edilmiş ərazidə mülkiyyət hüququ Ukrayna qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı