ABŞ-da tornado fəlakəti: 22 ölü

Amerikada baş verən tornadolar nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. Arkanzas ştatında 16, Alabamada 2, Ayova, Oklaxoma, Kanzas və Missispi ştatlarında dörd nəfər ölüb. İlkin hesablamalara görə, tornado nəticəsində xəsarət alanların sayı 500 nəfəri keçib. Arkanzas ştatında bir neçə yaşayış ərazisi tamamilə dağılıb. 10 minlərlə insan işıqsız qalıb. Təkcə Şimali Karolinada bir gün ərzində 20 dən çox tornado baş verib. 200-dən çox ev tamamilə dağılıb. 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə bağlı xəstəxanaya müraciət edib. Onlardan 8-nin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda dəyən ziyanın miqdarı ölçülür.

 

Eyni zamanda yaxın günlər ərzində cənub ştatlarında yeni güclü Tornadoların olacağı məlumatı yayılıb.

Qeyd edək ki, ötən il ərzində Amerikanın mərkəzi ştatlarına saatda 337 km sürətlə hərəkət edən "Mur" tornadosu 2-si uşaq olmaqla 90 insanın həyatına son qoyub. Nəticədə Oklahoma ştatının yarısından çoxu tamamilə dağılıb.

Müəllif | Apa.Tv
Apa.tv