May ayında hava necə olacaq? - PROQNOZ
Azərbaycan ərazisində may ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gələn ay orta aylıq temperaturun iqlim normasına yaxın, ayın birinci yarısında normadan 2-4 dərəcə yüksək, ikinci yarısında isə bəzi günlərdə iqlim normasından bir qədər aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25, bəzi günlərdə 28-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-21 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.