Bu şəxslərin Avropa Birliyi ərazisi qadağan edilib - "QARA SİYAHI"

Avropa Birliyinin rəsmi jurnalı 10 Rusiya və Ukraynanın cənub-şərqində fəaliyyət göstərən 5 müqavimət nümayəndəsinin soyadlarını dərc edib. Siyahıda adı çəkilən şəxslərə qarşı AB-nin ərazisinə girişin qadağan edilməsi və AB üzvü olan ölkələrdəki aktivlərin (əgər varsa) dondurulması sanksiyası tətbiq olunub.

 

Siyahıda Rusiya baş nazirinin müavini Dmitri Kozakın, Krımda prezidentin daimi nümayəndəsi Oleq Belavensevin, Dövlət Dumasının vitse-spikeri Lyudmila Şvetsovanın, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun, Baş Qərargah Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Serqunun, Dövlət Duması sədrinin müavini Sergey Neverovun, Krım işləri üzrə nazir Oleq Savelyevin, Sevastopol qubernatoru Serqey Menyaylonun, Krım icra hakimiyyətindən senator Olqa Kovitidinin, Baş Kəşfiyyat İdarəsinin əməkdaşı İqor Strelkovun adları var.

 

Sanksiyalar bu gündən qüvvəyə minir. Bunula da AB-nin "qara siyahı"da olan şəxslərin sayı 48 nəfərə çatıb. Onların hamısına noyabradək AB ölkələrinə giriş qadağan olunub, Avropa banklarındakı hesabları dondurulub.

 

Müəllif | Apa.Tv
Apa.tv