Toy yasa döndü: bəy və onun bibisi oğlu toy günü qəzada öldü
İmişli rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
İmişli rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, aprelin 29-da İmişli rayonunun Hacalmuradlı kəndi ərazisində Qızılkənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Qoşqar Nazim oğlunun idarə etdiyi “Mercedes” markalı, 90 FL 106 dövlət nömrə nişanlı avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü Q. Əhmədov, bu gün toyu olacaq bəy - Qızılkənd sakini, 1984-cü il təvəllüdlü Rzayev Yalçın İsrafil oğlu və Hacıalmuradlı kənd sakini, 1925-ci il təvəllüdlü Süleymanov Əvəz Naçi oğlu hadisə yerində ölüb. Ölən sürücü mərhum bəyin bibisi oğludur.
Bir nəfər sərnişin isə yüngül xəsarət alaraq İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır. Faktla bağlı cinayət işi açılıb.