Avropalı jurnalistlər "APA Holding"də olub
Bir qrup avropalı jurnalist Azərbaycanda səfərdədir. APA TV-nin məlumatına görə, səfər Avropa Şurasında (AŞ) akkreditasiya olunmuş media nümayəndələrinin təmsil olunduğu “Avenue Europe” (“Avropa Prospekti”) təşkilatının təşəbbüsü ilə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ərəfəsində baş tutub.
Nümayəndə heyətinə daxil olan Anjey Geber (Polşa radiosu), Samanta Aqro (ANSA agentliyi, İtaliya), Kayhan Karaca (NTV, Türkiyə), Olipmpia Tsipiza (Afina Xəbərlər Agentliyi), Xavyer Agular (EFE agentliyi, İspaniya), Yolanda Badelita (“Azadlıq” radiosu, Rumıniya), Fausta Sperenza (Vatikan radiosu) və Fuad Qulubəyli (APA, Azərbaycan) bu gün “APA Holding”də olublar.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı holdinqin fəaliyyəti, Azərbaycan mətbuatının durumu, enerji məsələləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Avropa Birliyi, Azərbaycan-NATO münasibətləri, regionda baş verən hadisələr, Ukrayna böhranı və digər məsələlər haqqında ətraflı danışıb.
Sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
Görüşdən sonra qonaqlar holdinqin ofisi ilə tanış olublar.
Görüşdə “APA Holding” MMC-nin Direktorlar Şurasının sədri Nurşən Quliyev də iştirak edib.
Qeyd edək ki, səfər çərçivəsində avropalı jurnalistlərin Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində, Dövlət Neft Fondunda, ARDNŞ-də, Energetika Nazirliyində görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, “APA Holding” MMC-yə daxil olan APA İnformasiya Agentliyinin Avropa Şurasının mərkəzi ofisində təmsilçiliyi var.