Astara sakini 2 həmyerlisini bıçaqlayıb
Astarada bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, Astara şəhər sakini, 24 yaşlı Əli Miriyev şəxsi münaqişə zəminində həmyerliləri, 33 yaşlı Səbuhi Quliyevə və 52 yaşlı Fikrət Salmanova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki yaralı dərhal Astara Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onlara müvafiq tibbi yardım göstərilib. Yaralıların vəziyyəti ağırlaşdığından onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ürək nahiyəsindən əməliyyat edilən Astara rayon pedaqoji texnikumunun müəllimi Səbuhi Quliyevin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Cərrah Rasif Axundov yaralıların bildirib ki, sol döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə daxil olmuş xəstə təcili əməliyyat olunub. Əməliyyat zamanı məlum olub ki, ürəyin sol qulaqcığı kəsilib və orada daxili qanaxma yaradıb. Təcili əməliyyat aparılıb. Xəstə ağır vəziyyətdə reanimasiyadadır. İkinci xəstədə sağ döş qəfəsinin kəsilmiş-deşilmiş yarası və qara ciyər zədələnməsi var. Qaraciyərdə və ağciyərdə əməliyyat aparılıb. Qanaxma dayandırlıb. Hal hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Əli Miriyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.