Rusiyada hərbi hissədə güclü partlayış olub - 16 ölü


Rusiyanın Zabaykalye bölgəsində yerləşən hərbi hissənin ərazisində partlayış baş verib. Hərbi anbarda qeydə alınan 20-dək partlayışdan sonra güclü yanğın başlayıb. İlkin məlumata görə, 16 nəfər ölüb. Anbarın mühafizəsini təmin edən daha 4 nəfər itkin düşmüş hesab olunur.

Eyni zamanda yanmış yük maşınında 10 nəfərin cəsədi tapılıb. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi İqor Konaşenkov bildirib ki, insanlarla dolu maşın partlayış baş verən an həmin ərazidə olub. Onun sözlərinə görə, maşın ərazidən uzaqlaşmağa çalışsa da, bu, mümkün olmayıb. Partlayış nəticəsində yük maşını bir neçə dəqiqə ərzində külə dönüb.

İnsident nəticəsində 17 nəfər xəsarət alıb, onlardan 4 nəfərin vəziyyəti ağırdır. Hadisə yerində 4 yanğınsöndürən briqada yanğının söndürülməsi istiqamətində tədbirlər görür. Hərbi hissədə partlayışlarla müşahidə olunan güclü yanğın nəticəsində Böyük Tura, Kadaxta və Solonçovo kəndlərindən 83 uşaq olmaqla 280 nəfər təxliyə olunub.

Müəllif | Apa.Tv
Apa.tv