Bakıda taekvondo üzrə Avropa çempionatı başlayır
Bakıda taekvondo üzrə Avropa çempionatına start veriləcək. 4 gün davam edəcək yarışda 46 ölkədən 400-ə yaxın idmançı mübarizə aparacaq.
“Sərhədçi” Olimpiya Mərkəzində olacaq çempionatın rəsmi açılış mərasimi bu gün saat 18:00-da keçiriləcək. Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu və Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalos da bu məqsədlə Bakıya gəliblər.
Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Avropa çempionatına tam heyətlə qatılacaqlar. Kişilərdən ibarət millimizin baş məşqçisi Ələkbər İmaməliyev yarışda Mikayıl Əliyev (54 kq), Samir Cavadlı (58 kq), Ayxan Tağızadə (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənliyə (+87 kq) şans verəcək.
Qadınlardan ibarət yığmamızın baş məşqçisi Gündüz Abdullayev isə çempionatda Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Hülya Oveyoğulları (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevanı (73 kq) sınaqdan çıxaracaq.
Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu bildirib ki, Azərbaycan taekvondosunun inkişafı diqqətindən yayınmır. O Azərbaycanı bu federasiyanın ən dəyərli üzvlərindən biri adlandırıb.