Minsk Qrupu həmsədrlərinin görüşü keçirilib
Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçirilib. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb. “Dağlıq Qarabağda sülh naminə biz hamımız birgə işə sadiqik” deyə o, bildirib. Lakin diplomat görüşün detallarını açıqlamayıb. Görüşdən bir gün əvvəl isə amerikalı həmsədr “Twitter” səhifəsində ABŞ-ın Azərbaycan və erməni xalqları arasında inam və anlaşmanın möhkəmləndirilməsi üzrə proqramları dəstəklədiyini bəyan edib.