Bakı sakini özünü DİN-in qarşısında yandırmaq istədi
Bakıda bir nəfər özünü yandırmağa cəhd edib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qeydə alınıb. 45-50 yaşlı kişi üstünə benzin tökərək özünü yandırmaq istəyib. Lakin ərazidə xidmət aparan polis əməkdaşları onu fikrindən yayındırmağa nail olublar. Səbail rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, intihara cəhd edən şəxs artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.