FHN əkin sahələrində yanğınlara qarşı maarifləndirmə işləri aparır

"Ötən il respublikada 666 hektar sahədə yanğın baş verib. 2700 ton yem yanıb. Bundan başqa 35 ton dənli və texniki bitki yanaraq məhv olub. Nəticədə təsərrüfatlara 592 min manat ziyan dəyib".

 

Bunu Ağdamda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Hikmət Quliyev “Dənli və texniki bitkilərin və meşələrin yanğın təhlükəsizliyi” mövzusunda keçirilən  regional müşavirədə bildirib. Tədbirdə dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində qarşıda duran məsələlər və meşə sahələrində yanğın təhlükəsizliyi tədbirlərindən bəhs olunub. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dənli bitkilərin istehsalı ilə məşğul olan fermerlərə, sahibkarlara avtomatik yanğın söndürən toplar haqda məlumat verib.

 

Müəllif | Apa.Tv