Putin 9 May Qələbə paradını Krımda qəbul edə bilər
Rusiya Federasiyasının prezidenti Vladimir Putin 9 May Qələbə Günü münasibəti ilə keçiriləcək paradı Sevastopol şəhərində qəbul edə bilər.
Rusiya mətbuatının məlumatına görə, Moskvada parad başa çatdıqdan sonra Putinin Sevastopol şəhərinə gedəcək.
Şəhərin nasist işğalından azad edilməsinin 70 illiyi də qeyd ediləcək.
"Novosti Sevostopolya" qəzeti isə yazır ki, şəhəri Putinlə yanaşı, baş nazir Dmitri Medvedev də ziyarət edəcək.
Krım yarımadasında yerləşən Sevastopol şəhəri ötən ay Ukraynadan ayrılaraq Rusiya Federasiyasının tərkibinə keçib. Yarımadanın ilhaqı Ukrayna dövlətinin kəskin etirazına səbəb olsa da, sərt tədbirlər görülməyib.