Kafedə dava! Bir nəfər bıçaqlandı
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən xəbərə görə, rayonun Xoruzlu kənd sakini, 1983-cü il təvəllüdlü Nəcəfov Elvin Qəzənfər oğlu iaşə obyektlərindən birində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, başqa masada əyləşən bir nəfərlə Elvin Nəcəfov arasında mübahisə yaranıb və sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə Elvin Nəcəfov qarın nahiyəsinin sol tərəfindən iki bıçaq yarası alıb. O dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Onun Mingəçevir şəhər sakini olduğu haqda ehtimallar var. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.