Bakıda mebel salonuna basqın! Seyfdən 20 min manat aparıldı

Bakıda mebel mağazasına basqın edilib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, aprelin 30-da saat 05.00 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Röyal” mebel mağazasına aldatma yolu ilə girmiş, şəxsiyyəti məlum olmayan 3 nəfər gözətçi İbrahim Quliyevin əllərini və ağzını yapışqanlı lentlə bağlayıb oranın müdiri Kəmalə Muradovanın iş otağındakı içərisində 20.000 manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüb “Mercedes” markalı avtomobildə hadisə yerindən gediblər. Nərimanov rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Müəllif | Apa.Tv
Apa.tv