WTF prezidenti: “Bakıdakı yarışlar həm də ən uğurlu taekvondo yarışı olacaq”

Mayın 1-dən Bakıda taekvondo üzrə Avropa çempionatına start veriləcək. APA TV-nin məlumatına görə, yarışlar 4 gün ərzində davam edəcək. Bununla əlaqədar keçirilən mətbuat konfransında çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bu ay 57 beynəlxalq yarışın təşkil olunduğunu bildirib.


Çempionatla əlaqədar Azərbaycana gələn Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çu 2004-cü ildən Azərbaycana müntəzəm səfərlər etdiyini deyib. Onun sözlərinə görə, quruma üzv olan  206 ölkə içərisində Azərbaycan xüsusi yer tutur.

 

Azərbaycanı böyük iqtisadi irəliləyişlərə görə təbrik edirəm. Hər səfərimdə böyük irəliləyişlər görürəm. Fikrimcə, Azərbaycanda Qran-pri yarışları, dünya çempionatı keçirmək də mümkündür. Bakıdakı Avropa çempionatı ən böyük və ən çox idmançının qatılacağı yarış olacaq. Əminəm ki, həm də ən uğurlu taekvondo yarışı olacaq”.


Avropa Taekvondo İttifaqının (ETU) prezidenti isə Bakıda keçiriləcək ilk Avropa çempionatnıı Azərbaycanda taekvondoya göstərdiyi diqqətin nəticəsi kimi dəyərləndirib: Bu çempionat Ukrayna taekvando federasiyası tərəfindən təşkil olunmalı idi. Lakin bəzi siyasi problemlər səbəbindən bunu keçirmək mümkün olmadı. Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov  Avropa Taekvando Federasiyasına çox kömək etdi və bu yarışın Azərbaycanda keçirilməsinə dəstək verdi. Çox gözəl yarış keçirəcəyimizi düşünürük”.

 

Taekvondo üzrə ilk Avropa çempionatı 1976-cı ildə İspaniyanın Barselona şəhərində təşkil olunub. O vaxtdan bu çempionat ənənəvi xarakter alıb. Bakıda keçiriləcək çempionata 47 ölkədən 367 idmançı qatılacaq. 

Müəllif | Apa.Tv