Aydın Əliyev: “Gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi planlaşdırılır”

“Azərbaycanda sahibkarlara dəstək olmaq və ölkənin iqtisadi təhlükəsizliyinin qorunması üçün gömrük orqanlarının qarşısında mühüm vəzifələr durur . Biz sahibkarlarla gömrük orqanlarının birgə fəaliyyəti üçün hökumət qarşısında müəyyən təkliflər vermişik”. Bu fikirləri Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev Xəzər Avropa Klubunun tədbirində jurnalistlərə açıqlamasında deyib.

“Belə ki, bu məcəllədə yüklərin sənədlərinin rəsmiləşdirilməsinin 72 saat ərzində başa çatdırılması ilə bağlıdır. İkincisi, bu məcəllə ilə bağlıdır və bir az qlobaldır. Ölkə başçısının 1997-ci ildə “Xarici ticarətin daha da liberallaşdırılması ilə bağlı” Fərmana ediləcək dəyişikliklərlə bağlıdır. Axırıncı ən vacib təklif isə gömrük orqanlarına təqdim olunan sənədlərlə bağlıdır. Bu sənədlərin qanun çərçivəsində təqdim olunması üçün verilən təkliflərin tənzimlənməsi təklif olunur”.

Komitə sədri bildirib ki, həmçinin gömrük yüklərinin Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) vasitəsilə bəyan edilməsi planlaşdırılır.

Aydın Əliyevin sözlərinə görə, ölkəmiz gömrük sahəsində şəffaflığın təmin olunmasına görə 138 ölkə arasında 39-cu yerdə qərarlaşıb.
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı