Binəqədidə "Wolswagen" işıq dirəyinə çırpıldı
Bakının Binəqədi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin xəbərinə görə, hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb. Binəqədi şosesi ilə şəhər istiqamətində hərəkət edən "Wolswagen" markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib və maşını yol ayrıcında olan işıqfora çırpıb. Baş verən qəzada sürücü xəsarət alıb. Eyni zamanda işıqforun dirəyi aşaraq yararsız hala düşüb. Hadisə yerinə gələn Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları sürücünün içki testinə cəlb ediblər. İlkin ehtimala görə, hadisəyə sürücünün avtomobili yüksək sürətlə idarəetməsi və yol hərəkət qaydalarını kobud şəkildə pozması səbəb olub.
Faktı Binəqədi Rayon Polisi İdarəsi araşdırır.