Turçinov: “Rusiya Ukraynaya qarşı hər an müharibəyə başlaya bilər”

Ukrayna Ali Radasının spikeri, prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov hərbi müdaxilə təhlükəsi ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin tam hazırlıq vəziyyətinə gətirildiyini bəyan edib. Turçinov vilayət administrasiyası başçıları ilə görüşdə deyib ki,
 
Rusiya Ukraynaya qarşı hər an müharibəyə başlaya bilər. O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib. Spikerin sözlərinə görə, Ukrayna güc strukturları Donetsk və Luqansk vilayətlərində vəziyyəti nəzarət altına ala bilməyiblər.
 
Bununla bağlı Aleksandr Turçinov yaxın zamanlarda ölkənin şərqindəki milis və təhlükəsizlik xidmətinin yenilənməsini təklif edib.
 
 

Müəllif | Apa.Tv