“Atletiko” finalda - QOLLAR!
Çempionlar Liqasında ikinci finalçısı məlum olub. Mayın 24-də Lissabonda keçiriləcək final oyununda Madridin “Real” və “Atletiko” komandaları üz-üzə gələcəklər. “Atletiko” “Çelsi” ilə səfər oyununda 3-1 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin etmiş olub. Hesabı birinci hissənin ortalarında “Çelsi”nin hücumçusu Fernando Torres açıb. Fasiləyə 1 dəqiqə qalmış madridlilər cavab topu vurublar. İkinci hissənin əvvəlində “Çelsi” öz cərimə meydanında qaydanı pozub. Dieqo Kostanın onbirmetrlik cərimə zərbəsi ilə “Atletiko”nu hesabda irəli çıxarıb. 72-ci dəqiqədə isə Arda Turanın dəqiq zərbəsi londonluların final arzularının üstündən xətt çəkib.