Ötən il dünyada 9707 terror aktı törədilib

ABŞ Dövlət Departamenti dünyada terrorçuluğa dair mübarizəyə dair növbəti hesabatı açıqlayıb. Hesabatda bildirilir ki, ötən il “Əl-Qaidə” terror təşkilatının fəallığı səngisə də, tərəfdaş qruplaşmaların hesabına bu təşkilatın təsiri yüksək olaraq qalır.

Hesabata əsasən, 2012-ci illə müqayisədə, terror aktlarının sayı 43% artıb. Ötən il dünyada 9 707 terror aktı törədilib, nəticədə 17 800 ölüb, 32 500 nəfər xəsarət alıb.

Terror aktlarının əksəriyyəti Əfqanıstanda, Hindistanda, İraqda, Nigeriyada, Pakistanda, Filippində, Somalidə, Suriyada, Tailandda və Yəməndə baş verib.

 

Müəllif | Apa.Tv
Apa.tv