Ümumdünya Səhiyyə Təşkilatından xəbərdarlıq: "ANTİBİOTİKLƏR TƏHLÜKƏLİDİR!

Ümumdünya Səhiyyə Təşkilatı antibiotiklərin qəbulu ilə bağlı xəbərdarlıq edib. "Antibiotiklərin qəbul edilməsi çox təhlükəlidir! Antibiotiklərə qarşı davamlı yeni bakteriya formaları yayılıb. Çünki, istifadəsi başa çatdıqdan sonra bir çox antibiotiklərin toksik təsiri kəskin şəkildə artır. Bundan sonra orqanizmdə yeni bakteriyaların yaranması baş verir. Qrip və soyuqdəymə, boğaz ağrısı, əzələ ağrıları, titrəmə, zökəm, quru öskürək, adətən virus tərəfindən törədilir. Antibiotiklər virus infeksiyalarına təsir etmir".

Xəbərdarlıqda qeyd olunub ki, artıq bununla bağlı Hindistan, Pakistan və Böyük Britaniyada elmi araşdırmalara başlanılıb. Dünya Səhiyyə Təşkilatının səhiyyədə təhlükəsizlik şöbəsinin rəhbəri Keydji Fukuda bildirib ki, bu problem təkcə inkişafdan geri qalmış ölkələrin deyil, hətta dünyanın ən müasir ölkələrinin də mübarizə apardığı bəlaya çevrilib. SİTAT: "Dünyada ən çox antibiotik istehsal və istifadə edən Çində hər il 80 min insan antibiotikdən istifadə zamanı ölür. Hazırda dünyada təxminən 200 növ antibiotik istifadə olunur. Onların sırasına pensilin, eritromisin, demoklosiklin, streptomisin, gentomisin, tetrasiklin, levomisetin və sair daxildir".

Mütəxəssislər ehtimal edir ki, əgər yeni dərmanlar hazırlanmazsa, insanlar yenidən adi infeksiyadan ölməyə başlayar. Həkimlər xəbərdarlıq edərək bildirib ki, hazırda mikroorqanizmlərdə hətta, ən müasir preparatlara belə dözümlülük yaranmaqdadır. Təşkilat yeni dərmanlar üzərində nəzarəti yaxşılaşdırmağa da çağırıb.

Müəllif | Apa.Tv
Apa.tv