Məktəblərin 5, 8 və 10-cu sinif şagirləri hansı hallarda sinifdə qala bilərlər?


Azərbaycanda “Təhsil müəssisələrində şagirdlərin sinifdən sinfə keçirilməsi haqqında” Müvəqqəti Qaydalar təsdiq olunub. Təhsil naziri Mikayıl Cabbarov qaydaların təsdiqi ilə bağlı əmr imzalayıb. Yeni qaydalara əsasən, dörd və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılır.

"İndiyə qədər bu qayda olmayıb. Bir və üç fəndən illik “kafi” qiymət alan V, VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları verilir. Həmin yeniyetmə yay müddətində hazırlaşaraq avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verə bilər. Təkcə imtahan verdiyi halda o, sinifdə saxlanılmayıb, növbəti tədris pilləsinə qəbul oluna bilər".

Nazirlik rəsmisi bildirib ki, əgər şagird yay tədris tapşırığından yenidən qeyri-kafi qiymət alırsa, o zaman həmin gənc təkrar sinifdə saxlanılır. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması üçün yeganə əsas uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma halı hesab edilir.Cəsarət Valehov qeyd edib k, əgər şagird ikinci yarımildə bu və digər fəndən “qeyri-kafi” qiymət alıbsa, ona həmin fəndən müsbət illik qiymət çıxarıla bilməz. Yeni qaydalara görə, özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi nəğmə, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçməsinə təsir etmir. Məsələn, obyektiv səbəbdən və sağlamlıq imkanları məhdud olan (fiziki qüsurlu) şagirdlərin müəyyən fənlərdən sinifdən-sinfə keçməsinə əlavə şərait yaradılır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova