Xaçmazda 22 yaşlı qız özünü asıb

Xaçmaz rayonunda intihar hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Ələkbərova Firuzə Fərhad qızı yaşadığı Xaçmaz şəhəri, Müşkür küçəsində yerləşən evdə özünü asıb.


İntiharın səbəbləri məlum deyil. Hadisə yerindən məktub tapılsa da, rayon prokurorluğundan bu barədə hər hansı bir açıqlama verilməyib. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan