"KamAZ" "Jiquli" ilə toqquşdu, 72 yaşlı sürücü öldü

İmişlidə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Xəlfəli kəndindən keçən hissəsində qeydə alınıb. Beyləqan sakini Səbuhi Şükürovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində avtomobilin sürücüsü İmişli rayon sakini 72 yaşlı Qərib Qurbanov hadisə yerində dünyasının dəyişib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı