Dəhşətli hadisə! 16 yaşlı qız 8 yaşlı bibisi oğluna 17 bıçaq vurdu

Masallıda dəhşətli cinayət hadisəsi baş verib. Hadisə rayonun Ərəb kəndində qeydə alınıb. Rayonun Xırmandalı kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə Ağasəf qızı Şıxıyeva şəxsi münaqişə zəminində bibisi oğlu, 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevə 17 bıçaq zərbəsi vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Həsən Vəliyev təcili Masallı Mərkəzi Rayon Xəstəxanasına gətirilib və həkimlərin səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilən Həsən Vəliyev xəstəxanada həkimlərin nəzarəti altındadır. Hadisəni törətmiş Nərminə Şıxıyeva yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29 (Cinayət etməyə cəhd) və 120.1 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 

Müəllif | Apa.Tv