Qərib Məmmədov: "Özbaşına torpaq dəyişirlər, sonra da..."

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Şirvan şəhərində vətəndaşların qəbulunu keçirib. O, ətraf rayonlardan olan 40-dan çox vətəndaşı da qəbul edib. Əvvəlcə komitə sədri vətəndaşlara hazırlanan dövlət aktını təqdim edib. Sonra vətəndaşlar dinlənilib. APA TV-nin məlumatına görə, qəbul zamanı qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi üçün komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb və müvafiq məktublarla aidiyyatı qurumlara ünvanlanıb.
"Yerli icra nümayəndələrinin şifahi göstərişi ilə götürüb öz aralarında torpaq dəyişirlər. Bu da təbii ki, mübahisəyə səbəb olur. Əgər bu vətəndaşlar razıdırsa belə proseslər natorial qaydada həyata keçirilməlidir. Həmin sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Əmlak Məsələləri Komitəsinə təqdim olunmalıdır".

Qərib Məmmədov öz səlahiyyətlərinə aid işlərin qısa müddətdə icrası məqsədi ilə komitənin aidiyyəti rayon və şəhər şöbələrinə də rəsmi qaydada tapşırıqlar verib.
 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı