"Azərsu"nun əməkdaşı iş yerində həbs olundu

"Azərsu" ASC-nin əməkdaşı iş yerində həbs olunub. Sumqayıt Polis İdarəsinin əməkdaşları Arzu Əsgərovu 2012-ci ilin mart ayından işə düzəltmə adı altında  vətəndaşların etibarlarından sui-istifadə etməklə aldatdığına görə yaxalayıblar. İlkin olaraq polisə 3 zərərçəkənin müraciət etdiyi bildirilir. Arzu Əsgərovun barəsində həbs qəti imkan tədbirini rayon prokurorluğu seçib. Faktla bağlı 178 - dələduzluq maddəsi ilə cinayət işi açılıb. Məlumat üçün bildirək ki,  saxlanılan səxs  1990-cı ildə  eyni əmələ görə  məhkumluq həyatı yaşayıb. Faktla baglı  araşdırmalar aparılır.  

Müəllif | Apa.Tv