Azərbaycanlı aktrisa doğuş zamanı körpəsi ilə birlikdə öldü


Yevlax rayonunda doğuş zamanı ana və uşaq ölümü baş verib. Yevlax Mərkəzi Rayon Xəstəxanasından APA  TV-yə verilən məlumata görə, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova doğuş zamanı dünyasını dəyişib.

 

Doğuş zamanı ana ilə yanaşı, körpə də ölüb.

 

Xəstəxanadan bildirilib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib və bu zaman uşaq havasızlıqdan, ana isə çox qan itirdiyindən vəfat edib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə APA-ya açıqlamasında hadisə ilə bağlı xəbərsiz olduğunu bildirib.

 

Qeyd edək ki, Pərvanə Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktrisası olub.

Müəllif | Apa.Tv
Apa.tv