Türkiyədə 1 May qarşıdurması
Türkiyədə mayın 1-i gündüz saatlarından başlayan toqquşmalar gecə də davam edib. APA TV-nin xəbərinə görə, 1 May - Zəhmətkeşlər günü ilə əlaqədar İstanbulun Okmeydanında toplaşan yüzlərlə maskalı şəxs ara küçələrdə zibil qutularına od vurub. Polisə daş və fişənglərlə hücum edən qrupa asayiş keçişçiləri gözyaşardıcı qazla cavab veriblər.
Meydanın yaxınlığındakı küçələrdə də aksiya iştirakçıları Molotov kokteyli, şüşə, daş və fişəng atıblar.
İstanbul valiliyi mayın 1-də baş verən hadisələr zamanı 142 nəfərin saxlanıldığını açıqlayıb. Məlumata görə, gün ərzində 90 adam xəsarət alıb. Onlardan 19-u polis əməkdaşlarıdır.
Mayın 1-də Türkiyənin başqa şəhərlərində də toqquşmalar qeydə alınıb.