Hələb yenə bombalandı: 40 ölü

Suriya ordusuna məxsus helikopterlərin Hələbin müxalifətçilərin nəzarətində olan bölgəsində yerləşən bazara endirdiyi hava zərbələri nəticəsində 40 nəfərin öldüyü iddia edilir. Suriya İnqilabi və Müxalif Qüvvələr Koalisiyasının məlumatına görə, ölənlər arasında uşaqlar və qadınlar da var.

 

Hava hücumu zamanı xeyli sayda adamın yaralandığı, 5 mərtəbəli binanın çökdüyü bildirilir. Mülki müdafiə dəstələri dağıntılar altından ölü və yaralıları çıxarmaqda davam edirlər.

 

Xatırladaq ki, ötən həftə də analoji hava hücuma nəticəsində 21 nəfər ölmüşdü.

 

APA TV-nin xəbərinə görə, Hələbin bir hissəsi 2012-ci ilin yayından müxalifət qüvvələrinin nəzarətindədir. Şəhərdə vaxtaşırı mövqe döyüşləri gedir.

 

BMT-inin hesablamalarına görə, Suriyada 2011-ci ilin martından başlayan silahlı münaqişə nəticəsində 130 mindən çox adam həlak olub.

 

Müəllif | Apa.Tv