Ermənilər Krımın Rusiyaya birləşdirilməsini istəyirlər

Ermənistan əhalisinin əksəriyyəti Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyir.

“Gallup"un bu ilin aprelin 8-dən 18-dək Ermənistanın bütün vilayətlərində və İrəvanın inzibati rayonlarında keçirdiyi sorğunun nəticəsi belədir.

 

Sorğunun nəticələrinə əsasən, respondentlərin 80 faizi  Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyib. “Referendum nəticəsində Krımın Rusiyaya birləşdirilməsinə sizin münasibətiniz ?” sualına respondentlərin 30 faizi “Tamamilə müsbət” cavabı, “Daha çox müsbət” – 47 faiz, “daha çox mənfi” – 8 faiz, “tamamilə mənfi” – 4 faiz  cavab verib. 

 

APA TV-nin xəbərinə görə, respondentlərin 76 faizi Krımın birləşdirilməsi məsələsində Rusiyanın addımlarını “müsbət” qiymətləndirib, sorğuda iştirak edən Ermənistan  vətəndaşlarının 73 faizi qeyd edib ki, Ermənistan Krımı Rusiya ərazisi kimi tanımalıdır.  

Müəllif | Apa.Tv