“Azərbaycan folkloru milli-mənəvi zənginliyimizdir”

Balakəndə “Azərbaycan folkloru bizim milli-mənəvi zənginliyimizdir” mövzusunda dəyirmi masa keçirilib. APA TV-nin  məlumatına görə,  Heydər Əliyev Mərkəzində, Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə nazirliyin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşları, Balakən və ətraf rayonların mədəniyyət və turizm şöbələrinin rəhbərləri iştirak edib.  

 

Dəyirmi masanı Balakən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ruqiyyə Seyidova açaraq Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonunun ölkəmizin Folklor paytaxtı elan olunması münasibəti ilə rayon sakinlərini təbrik edib, bu qədim diyarın tarix və mədəniyyəti nümunələrinin zənginliyindən danışıb. Daha sonra Folklor Paytaxtı elan olunması ilə bağlı il ərzində görüləcək işlər barədə məlumat verilib. 

 

AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov dəyirmi masa iştirakçılarına Azərbaycan folklorunun milli mənəvi zənginliyini, bu günə qədər yaşadılması və gələcək nəsillərin bu dəyərləri necə qoruyub saxlamaları barədə geniş məruzə ilə çıxış edib.

 

Dəyirmi masadan sonra tədbirin bədii hissəsində  rayonun folklor mədəniyyət müəssisələrinin kollektivlərinin ifasında mahnılar və rəqslər ifa olunub. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov