Səhiyyə Nazirliyi: Aktrisa və övladının doğuş zamanı ölməsi faktı araşdırılır
Yevlax rayonunda doğuş zamanı ana və uşağın ölməsi faktı ilə bağlı Məhkəmə Tibbi Ekspertizası araşdırma aparır . Bunu APA TV -yə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, ölümün səbəblərini araşdırmaq üçün iş Səhiyyə Nazirliyinin doğuşa yardım komissiyasına təqdim ediləcək. Bundan sonra ölümün səbəbləri məlum olacaq. Yevlax rayon prokurorluğundan isə bildiriblər ki , faktla bağlı cinayət işi başlanmayıb. Ölümün başvermə səbəbləri ekspertiza tərəfindən təqdim olunandan sonra prokurorluq istənilən halda cinayət işi başlayacaq.