Azərbaycan prezidentindən Ziya Məmmədova: "Qətiyyən olmaz!"

Prezident İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib. Ləki dəmir yolu vağzalının binası müasir memarlıq üslubunda inşa olunub. Burada Azərbaycan prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib.

 

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, 28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaq. Prezident İlham Əliyev isə bildirib ki, yol dördzolaqlı olsa, ağaclar qırılmalıdır: "Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm".

 

Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Ləki dəmir yolu vağzalının əvvəlki binası 1897-ci ildə inşa olunub. Yeni vağzal binasının tikintisinə 2013-cü ilin yanvarında başlanılıb. Ləki stansiyası xarakterinə görə yük stansiyasıdır. Burada qatarların qəbul edilib yola salınması üçün dörd yol, yükləmə-boşaltma əməliyyatları üçün altı yol, dartı yarımstansiyasının yolu, qoruyucu dalan, dartı yolu və eyni zamanda, stansiyaya birləşən təşkilatlara məxsus 2 dalan yolu var.

 

Müəllif | Apa.Tv
Apa.tv