Rusiya Azərbaycan vətəndaşlarına viza tətbiq edəcək!
"Rusiya Azərbaycan da daxil olmaqla, bəzi MDB ölkələrinin vətəndaşlarına viza rejimi tətbiq edəcək".
Bunu Rusiyanın Federal Miqrasiya xidmətinin rəhbəri Konstantin Romodanovski deyib. Onun sözlərinə görə, hazırda Rusiyada 3,7 milyon qeyri-qanuni miqrant yaşayır.
Dumanın deputatı Vadim Solovyov da deyib ki, MDB ölkələri ilə viza rejimini tətbiq etmək lazımdır. O, may bayramlarından sonra kommunistlərin əmək mühacirləri ilə bağlı viza tətbiqi üçün qanun layihəsini təkrar dinləməyə çıxaracaqlarını deyib.
“Qışda bizim layihə Dumada dəstək görmədi, amma sonuncu Krımla bağlı məsələlərlə əlaqədar düşünürəm ki, deputatların çoxu fikrini dəyişəcək”, - ölkədə əhalinin sayının krımlıların hesabına artdığını xatırladan Solovyov belə deyib.
APA TV “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, Gömrük İttifaqına daxil olmayan MDB ölkələrindən gələnlərə viza tətbiq etməyi kommunistlər təklif ediblər.