Bakının mərkəzində daha bir yol çökdü
Ağa Nemətulla küçəsində yol çöküb. Bu barədə “APA -Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ACS-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev xəbər verib. Onun sözlərinə görə, hadisə Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən tunelin yaxınlığında, köməkçi hissədə baş verib.“Hadisə kanalizasiya xəttinin tutulması nəticəsində baş verib. Kommunikasiya xətləri, asfaltın xeyli hissəsi yuyulub. Xətləri su basdığından çökəyin dərinliyini təyin etmək mümkün deyil”, - deyə o, bildirib. Qurum rəsmisi onu da əlavə edib ki, hazırda “Azərsu” ASCnin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində iş görür.