Ali məktəblərə qəbul üçün keçid balı açıqlandı

2014-2015-ci il tələbə qəbulu müsabiqəsində III qrup üzrə ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu barədə APA TV-yə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. I, II, IV qruplar üzrə isə tələbə olmaq istəyən abituriyentlər 250-dən aşağı bal toplamamalıdırlar.

Bundan başqa, bütün qruplar üzrə abituriyentlərin hər biri fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır. TQDK-dan verilən məlumatda o da qeyd olunur ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Qeyd edək ki, ötən  il ali məktəblərə keçirilən qəbul imtahanlarında  bütün qruplar üzrə keçid balları aşağı salınmışdı. 

Müəllif | Apa.Tv
Almaz Qasımova