Türkmənistanda pulsuz benzin norması ləğv edildi

Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov iyulun 1-dən aylıq pulsuz benzin verilişinin dayandırılması ilə bağlı sərəncam imzalayıb.

 

Bu barədə Türkmənistan KİV-i xəbər verib.

 

Artıq prezident sərəncamı mətbuatda dərc edilib. Sərəncamda göstərilir ki, yeni qaydaların əsas hədəfi “milli iqtisadiyyatın artmasının saxlanılmasına və neft məhsullarının məqsədəuyğun şəkildə istifadə olunmasına nail olmaqdır”.

 

Qeyd edək ki, 2008-ci ildən etibarən Türkmənistanda hər bir avtomobil sürücüsü 120 litr pulsuz yanacaq almaq hüququna malik idi.

 

Hazırda Türkmənistanın 5,5 milyon əhalisi var. Su, elektrik və təbii qaz pulsuz olaraq ölkə vətəndaşlarına verilir.

Müəllif | Apa.Tv
Apa.tv