Ukraynada əcnəbi jurnalistlər yoxa çıxıb


Ukraynanın Donetsk şəhərində "SkyNews" və "CBS" televiziyasının çəkiliş qurupunun üzvləri yoxa çıxıblar. Ukrayna mətbuatının məlumatına görə, hadisə jurnalistlər Donetskinin Konstantinovka vilayətindən çıxarkən yaşanıb.

 

"UNİAN" agentliyinin məlumatına görə Klarissa Vard, Erin Lyall, Əndİ Srevenson, Geoff Mabberley "CBS" teleşirkətinin əməkdaşlarıdırlar.

 

Stüart Ramsey, Barnaby Qreen, Oleg Malko, Aleksander Pustovit isə "SkyNews" şirkətinin təmsilçiləridir.

 

Media nümayəndələri ilə əlaqə  Donetskdə baş tutan çəkilişlərdən sonra kəsilib.

 

Şəhərdə həyəcan siqnalı verilib, kilsədə zənglər çalınıb.

Qeyd edək ki, bu gün səhər 04.30-da Ukrayna ordusu ölkənin şərq vilayətlərində xüsusi əməliyyata başlayıb. Slavyansk şəhəri mühasirəyə alınıb, şəhər ətrafında ağır zirehli texnika keşik çəkir. Ukrayna ordusu aviasiyadan da istifadə edir. Artıq separatçılar tərəfindən orduya məxsus 2 helikopterin vurulduğu, 1 pilotun həlak olduğu bildirilir. Ukrayna ordusu ilə separatçılar arasında toqquşmalar davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv